Uşaq olma dəbləri

Uşaq olma dəbləri

yeni doğulmuş uşağa və anasına əbəçı adlı bir bılıcı arvad yetişir. Belə ki uşaq dunyaya göz açan çağ o ananın yanında olur, uşağı tutur, onu yuyub və göbəgini kəsir. Sonra bələyib anasına verir.Əbəçı üç gün zahı arvada və uşağına baxırdı. Bu uç gündə anaya quymaq* verirdi və uşağı pərpi edırdı.Pərpi aralıqda, birini acıqla hədələyəndə, deyillər onu pərpilədım. Ama burda özəl olaraq işlənır. Əbəçı uşağın uç günündə, qollarının qatlanacağın, əllərinin-ayaqlarının üstün, belin və alınının ortasın tiyğa yoxsa başqa bir iti diləklə çərtib qan alıb və soğanın bir varağiylə onun belini ovur. Beləliklə uşağı pərpi edir.Əbəçı üç gün uşağa baxardı. Uşağı büzəməcə azarından qorumaq için onu qarına çəkərdi. Qarın qalın olsaydı soyardılar yoxsa quzu və balaca qoyun qarınını soymadan uşağı üzündən başqa qarına bükərdilər və bir saat qədərindən sonra uşaq tərləyən kimi çıxardardılar. Əbəçı uşağın ağızına baxardı ağ sıza (büzəmə cə ) olsaydı onu iynə ilə bir-bir deşib götürərdi yoxsa o büzəməcələr uşağı əmməgə qoymayıb öldürərdi.Ana və uşağı pıs quvvələrdən, göz dəymədən qorumaqiçın onların boyunundan və uşağın bələgındən, çeşitli muncuqlar aslallar.Sarılıq: gözəl sarı boyalı bu muncuğ uşağı sarılıq azarını tutmaqdan qoruyur.Şüvə: ananı vəhmiyat və qara basmadan qoruyur.Göz muncuğu: onları göz dəymədən qoruyur.Qan muncuğu: ananı qan aparmasın deyə onu ana boyunundan aslar.Al muncuğu və al göbəgı: onları al arvadının toxunmasından qoruyur.Göyərtmə: bu muncuq uşağı göyərib ölmədən qoruyur. Deyillər bu muncuğu ikı barmağın arasında tutub muçxuranda rəngi tünd gög olur sonra rəngi azalır.Bunlardan başqa baba qulu, qurd muncuğu, balıq qulağı və başqa-başqa, türlü-türlü muncuqlar çeşitli niyətlərlə onların yanından aslanırdı. Muncuqlar uşaq olmamış evdə olmalıydı. Uşaq olandan sonra muncuqları evə gətirməlı olsaydılar, öncə uşağı evdən çölə çıxardıb muncuqdan sonra evə gətirirdilər.Uşaq olan kimi bir evdə unlariçın yer salınır. onları al arvadından qurumaqçın, iti bir dəmirlə otağı dövrə cızıb o cızı ağız-ağıza yapışdırllar. Arvadın yerinin dövrəsinə qəzil ciyə sərib və ciyənı ağız-ağıza yapışdırıllar. Bir soğanı igə keçirdib və bir təndir şışını ananın yerinin yanına qoyullar. Arvad qorxmasın deyə, başı üstünə bir tikə çörk qoyullar. Birdə yun darağını bacanın ağızında iynələri çölə sarı qoyullar. Bunlar zahı arvad yerdən durunca( on gün) onun yanında qalır. Bu on gündə ananın yeməgı xəşil olur.Doğan arvadın qızması olcaq ya halı yava olcaq, bir kəsər götürüb gedərdilər su qırağına və o kəsərlə suyu qılınclardılar. ondan sonra bir ətək əlləmə daşı bir-bir suva atardılar.Birdə ki o arvadı oturdub ətəginə arpa tökərdilər və erkək atı gətirərdilər onun ətəgındən arpa yeyib kişnərdi. At kişənəcək deyərdilər day arvad ölməz və arvad yaxçılaşardı.Birdə ki hayatda qəbir endə bir çapal qazardılar və yavalaşmış zahı arvadı o çapala yıxıb, evın qoyun sürüsünü onun üstündən keçirdərdilər və arvad yaxçılaşardı.Qırxına kimin uşaq olan evə biri gələndə uşağı çölə götürərdilər. Bu işı görəbilməsəlr, o gedəndən sonra uşağın boş bələgini qoyub üstünə bir ələk tutub ələgın içindən üç dönə boş bələgə su səpərdilər və beləliklə uşağı ustünə gəlmə azarından qoruyardılar.*quymaq: suva un töküb qarışdırıllar. Kərə yağı bir qabda əridib dağ edillər. Qaynar yağın içinə az-az sulu unu töküb qarışdırıllar. odun ustdə, quymaq qızarınca qarışdırmanı davam edirdilər. Quymağın üstünə acı-ucu (darçın,istiot,zəncəfil,quluncan kökü) səpib yedirdərdilər. Bundan başqa kərə yağı, istiotu, kişnişi qaynadıb zahıya içırdıllər.

Baxış sayı: 34
Açar sözlər:

devlər

Devlər

"türk dıllı xalqların nağıllarında olan əsatiri surətlərdən lap əhəmmiyyətlisı [önəmlisi] devlərdir. Bizim nağıl yaradıcılığımızın ən qədim [əski] dövrinə ayid olan nağıllarda, devlər həm insanların xeyrxahı, yardım edəni və həmdə düşmən və zərər vıran qüvvələrdəndılər. Lakin sonralarda yaranan nağıllarda, devlər təkcə düşmən xüsusiyəti ilə müərrifi olunublar. Azərbaycanın sualan(səblan) dağında zərtüştün təvəssütı ilə yazılan "əvesta" da devlər ilə mübarizə müqəddəs sayilib. Və onlar soyuğun, quruluğun rəmzi-nişanə[bəlgə]sı kimin göstərilir. /atalar sözlərinin kökləri/behərüz həqqi/""bir sıra xalqlarda ölgen işıqlı, erlik isə qaranlıq dünyanın tanrısıdır. Bir sırasında o cümlədən azərilərdə [Azərbaycanlılarda] işıqlı aləmin sahibəsi günəş, qaranlıq dünyanınkı qara devdır./azərbaycan xalqının soy kökünü düşünərkən/mir əli seyid of/çevirən: rəhim şavanlı/s254/Ama muğandakı xaqımız devlərə görə belə deyillər: yer altında yaşayan bir varlıqmişlər. Yer uzünə çıxmağa çalışırmışlar. ona görə gunuz yerin altından üzünə doğru qazırmışlar. ama yerin üzünə çatmadan gecə olurmuş və devlər yatırmışlar. (Yer bitişirmiş) sabah qazmağı yenidən başlayırmışlar. «ovsoran»da çıraq adlı bir yerdə yeddi dənə dam boyda daş varimiş. Deyillər devlər o daşları gətirib orda oynadırmışlar.«Al-az-ar»kəndinin qabağında bir köhül-mağara var ora dev yuası deyillər. Yerli xalq inanır onun altında evlər var. Əski adamlar deyirdilər ora fanar ya şar aparanda işığı sönürdü.Deyillər orda yaşayan dev (tay göz) ocaq alazardan bir qız oğurlayib ora gətirmışimiş. onun ayaqlarının altını şirin əti çıxınca yalayırmış,. Beləliklə o arvad qabıqsız ayaqıyla yol yeriyə bilmirmiş. ona görə də ordan qaça bilmirmiş. Sadəcə dev yatan çağ o çıxıb kanın ağızında özünü günə verəbilirmiş.Dev oyaq olan çağ o qədər onu əlində atıb-tuturmuş və oynadırmış, qızda yorulurmuş devdə, sonra dev yatırmış.Bir gün, arvadı axtaran qardaşları onu kanın ağızında tapıllar. ama o deyir devin oyanma vaxtına az qalır məni hara aparsanız o gəlib tapar. Dev bir gecə bir gündüz yatır, bir gecə bir gündüz ova gedir. Gedin o biri yatma vaxtı gəlin devin canı şüşədədır onu sındırın və devi öldürün. Belə də edillər və bacılarını ordan aparıllar.Bu mağaraya görə deyillər: onun ağızın bir az içərı gedəsən, pilləyə çatırsan, yeddi pillə düşdükdən sonra bir polat qapıya çatırsan onu açandan sonra bir neçə pillə duşub saraya çatırsan və ... .

Keçəl və devlərin nağılı

biri variydi-biri yoxiydi, bir keçəl oğlan qoca anasıyla yaşardı. Bu oğlan evdən eşigə çıxmazdı və bir iş-zad görməzdi. Bir gün anası bu keçəli danlayıb-dansayıb deyib ay bala hamının balası gedib işliyib evə yemək və qazanc gətirir sən evdən çölə çixmırsan. çox sözdən sonra, keçəli iş axtarmaq için evdən çıxarda bilir. qoca arvad oğlunu yola salanda, bir az yeməkdən başqa, onun yolu için, bir qəzil ciyə-sicim, bir yumurtda və bir toyuq qoyur. oğulu nədənini soruşanda deyir bala bunlar sənin karına gələcək.Keçəl evdən çıxır. Az gedir-çox gedir, görür meşənin dibində qayaların önündə bir açıqlıq yerdə devlər topalaşıblar. Bir az baxdıqdan sonra gördü onlar yarışıllar. Keçəl yavaş-yavaş yaxınlaşırdı, devlər keçəlin orda olmasını duyub dedilər;adam-madam iysi gəliryağlı badam iysi gəlirkeçəli araya alıb, onu tutub yemək istədilər. Keçəl gördü iş-iş dən keçib qaçış yolu-zadı bağlanıb, tez özünü itirmədən ələ alıb dedi: o kimdi "adam-madam iysi gəlir yağlı badam iysi gəlir" deyir؟ Gəlin gücümüzü sınayaq görək kim güclüdür. Devlər onun görkəminə baxıb onun gücsüz olduğunu sanıb sinağa hazır oldular.Keçəl dedi: gəlin görk qayanın önünə tökülən balaca ağ daşları qayaya çırpmaqla, kim qayadan su çıxaracaq.Devlər var gücləriylə daşı qayaya çırpıb qayanı bir az yaşarda bildilər. ama keçəl onların gözlərini oğurlayaraq yumurtdanı qoltuğundan götürüb qayanın daşına çirpdi. yumurtda əzilib suyu daşla axdı. Devlər, gözəlrinə inana bilmirdilər. ona görə ayrı bir sınağın olmasını istədilər.Keçəl dedi: gəlin, hər kimsə qoltuğundan bir tük çıxardıb bu yanan odun üstünə atsın, görəyin kimin tükü şaqqa-şaqla yanacaq. öncə devlər bu işi görüllər. onların tuku şaqqa-şaqla yanır. sonra keçəl anası verdigi keçi qəzilindən düzəlmiş ciyənı qoltuğundan çıxardıb oda atır. Keçəlin tuku devlərkindən artıq şaqqildayir. Devlər bu dönədə uduzullar.üçüncü sınağda keçəl deyir gəlin hər birimiz qoltuğumuzdan bir bıt tapıb yerə ataq görk hansı qayım qaçır. Devlər bıtlərin isə, keçəl anası verdigi toyvuğu qoltuğundan götürüb yerə atır və uça-uça devlərin bıtını keçib meşəyə qaçır.Devlər uduzullar. Keçəli yiyə bilmillər artıq ona yemək vermək zorunda qalıllar.Keçəli aparıllar evə yeməklərdən döşəyillər devlər keçələ aman vermədən yeyirmişlər. qorxusundan Keçəlin boğazı qurumuşimiş. Devlər soruşanda niyə yemirsən, keçəl deyir bunlar azdır, heç mənim bir tikəm olmazlar. Bu sözü eşidən devlər qorxullar və belə düşünüllər:keçəlin balacalığına deyil, diyəsən belə gedsə o bizim özümüzü də yiyəcək. elə bu çağ devlərin biri asqırır, devin asqırağı evdə boğanaq qopardır və onun yeli keçəli götürüb qapıya çırpır. qorxmuş devlərin bir çığırır:ədə keçəl qapını kəsdi bizi yemək istəyir, qaçın.devlər bacadan atılıb qaçıllar və keçəl onların evındə olan bütün yeməkləri yiğib öz evəlrinə gətirir.göydən üç alma düşdü biri mənim biri sənin, biri də oxuyanların.

Baxış sayı: 19
Açar sözlər:
  Yazılar cəmi: 2